Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Qarabağ” milli çempionatlardakı qələbə sayına görə “Real”ı qabaqlayır 

“Qarabağ” 2023/2024 mövsümündə Avropanın milli çempionatlarında ən çox qələbə qazanan komandalar sırasındadır..

“Report”un araşdırmasına görə, Ağdam təmsilçisi Premyer Liqada keçirdiyi 29 oyunun 23-də qalibiyyət sevinci yaşayıb.

Qurban Qurbanovun kollektivi bu göstəriciyə görə qitənin ən yaxşı 14-cü komandasıdır. İspaniya nəhəngi “Real” da La Liqada eyni sayda qələbə qazanıb. Lakin “Kral klubu” bunu 30 qarşılaşmada reallaşdırdığından, “Qarabağ”dan geri qalır.

“Böyük beşlik” ölkələrindən yalnız İtaliya “İnter”i və Almaniya “Bayer 04”ü Azərbaycan çempionunu qabaqlayır. Onların hesablarında müvafiq olaraq 25 və 24 qalibiyyət var.

Siyahıya Uels təmsilçisi TNS başçılıq edir. Adıçəkilən komanda ölkə çempionatında 29 matçın 27-də rəqiblərindən güclü olub. Türkiyə klubu “Qalatasaray”da da eyni sayda qalibiyyət var. Lakin İstanbul təmsilçisi bunu 31 matçda reallaşdırıb. İlk “üçlüy”ü Türkiyənin digər komandası “Fənərbağça” qapayır. “Fənər” 26 dəfə hesabına üç xal yazdırıb.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında çempionluğu təmin edən “Qarabağ” 29 matçın 23-də qələbə qazanıb, üç dəfə heç-heçə edib, üç dəfə məğlub olub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ən çox oxunanalar